20 Aprel 2025
Rusiyalılar hələ ötən ilin fevralında öz hərbçilərinin meyitlərini götürmək istəməyiblər

Rusiyalılar hələ ötən ilin fevralında öz hərbçilərinin meyitlərini götürmək istəməyiblər

Rusiyalılar hələ ötən ilin fevralında öz hərbçilərinin meyitlərini götürmək istəməyiblər

05 May 2023 23:03 | Baxış sayı: 510

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov 2022-ci il fevralın 28-də Belarusda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında baş tutan danışıqlarda Moskvanın ölmüş hərbçilərinə sahib çıxmadığını açıqlayıb.

Bu barədə müdafiə qurumunun rəhbəri jurnalist Dmitro Komarova müsahibəsində danışıb.

“Rusiyalıların sinikliyi məni heyrətə gətirib. Danışıqlarda olduğumuz həmin gün artıq 3 000 civarında ölmüş rusiyalı saymışdıq... Onlara (Rusiyanın nümayəndə heyəti – red.) deyirəm ki, yaxşı, dəhlizlər, əhalinin çıxarılması məsələsində anlaşdıq, bəs sizin ölmüşlərinizin meyitlərini nə edəcəyik?”, - nazir deyib.

Reznikovun sözlərinə görə, o zaman Rusiya nümayəndə heyəti bu qədər itkiləri təsdiq etmədiklərini əsas gətirərək, bu məsələ ilə bağlı hər hansısa qərar verməkdən imtina edib:

“Nümayəndə heyətinin rəhbəri (Rusiya) müdafiə nazirinin müavininə üz tutur, o isə deyir ki, “Təsdiq etmirik, 10, 20, ya da 30 ölü var”. Nümayəndə heyətinin rəhbəri mənə qayıdır: “Təsdiq etmirik”. Mən də deyirəm ki, siz təsdiq etməsəniz də, üç mindir”.