SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlRusiyalı müxalifətçi Aleksey Navalnı VƏFAT ETDİ
16 Fevral 2024 11:47 | Baxış sayı: 603
Rusiyalı siyasətçi Aleksey Navalnı xüsusi rejimli cəzaçəkmə müəssisəsində vəfat edib.
Bu barədə AJMEDİA.İNFO TASS-a istinadən xəbər verir.
Məlumata görə, 47 yaşlı siyasətçi gəzintidən sonra özünü pis hiss edib və huşunu itirərək dünyasını dəyişib.
Onun ölüm səbəbi araşdırılır.
Xatırladaq ki, A. Navalnı 2021-ci il yanvarın 17-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə həbs edilmiş, 2023-cü ilin avqustunda 19 il müddətinə azadlıqdan məhrum edilmişdi.
***
Mənbənin RT-yə verdiyi məlumata görə, Navalnı tromb yaranması səbəbindən vəfat edib.
(qafqazinfo)