SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlRusiyada alkoqollu içkidən zəhərlənən 12 nəfər ölüb
05 İyun 2023 14:06 | Baxış sayı: 448
Rusiya Federasiyasında 12 nəfər alkoqollu içkidən zəhərlənərək həyatını itirib.
Hadisə Rusiyanın Ulyanovsk və Samara vilayətlərində baş verib. Samara vilayətində istehsal olunan “Mister Sidr” az alkoqollu içkisini içən 24 nəfər xəstəxanaya müraciət edib, onlardan 12-si ölüb.
Rusiya Federasiyasının istehlakçı hüquqlarının müdafiəsi və insan rifahı sahəsinə nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) əhalini araşdırma başa çatanadək həmin içkidən istifadə etməməyə çağırıb.
İçkinin Samara vilayətində Anar Hüseynov adlı şəxsə məxsus müəssisədə istehsal olunduğu bildirilir.