İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlRusiyada 4 nəfərdə qarayara xəstəliyi aşkarlanıb
05 İyul 2023 13:35 | Baxış sayı: 532
Rusiyanın Tıva Respublikasında (Tuva Respublikası) 4 nəfərdə "Sibir xorası" (qarayara) xəstəliyi aşkarlanıb.
Bu barədə Rusiya Kənd Təsərrüfatı Federal Nəzarət Xidmətindən bildirilib.
Vurğulanıb ki, iyunun 30-da Bijiktiq-Haya kəndinin sakinləri qarayaraya yoluxma şübhəsi ilə hospitala yerləşdiriliblər. Laborator müayinə nəticəsində onların “Sibir xorası”na yoluxduqları təsdiqlənib.
Məlumata görə, onlar at kəsimi sallaqxanasında işləyirmiş və bir neçə həftə əvvəl özlərini pis hiss ediblər.
Bildirilib ki, xəstəlik aşkarlanan təsərrüfatda qarayaraya qarşı vaksinasiya olunmamış 74 at, 34 iribuynuzlu qaramal və 6 it var.
Qeyd edilib ki, martın 24-də Çuvaşiyada "Sibir xorası"na yoluxmuş ət götürülüb. Bu məhsul şəxsi istehlak məqsədilə respublikanın iki sakininə satılıb.