SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlRusiya Zaporojyeni atəşə tutdu
02 İyun 2023 15:39 | Baxış sayı: 434
Rusiya ordusunun Ukraynanın Zaparojye vilayətini atəşə tutması nəticəsində iki ukraynalı ölüb, ikisi də yaralanıb.
AJMEDİA.İNFOxəbər verir ki, bu barədə Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri Yuri Malaşko məlumat yayıb.
“Düşmən kənddə hündürmərtəbəli binaya hücum edib. 41, 84 və 87 yaşlı qadınlar, həmçinin 21 yaşlı kişi mina partlaması nəticəsində xəsarət alıblar. Yaralılar dərhal tibb müəssisəsinə aparılıb. Təəssüf ki, 44 və 77 yaşlı qadınlar aldığı xəsarətlərdən dünyasını dəyişiblər”, - o bildirib.