SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlRusiya Yəhudi İcmaları Federasiyasının baş ravvini: "Onların məqsədi daha çox günahsız insan öldürməkdir"
24 İyun 2024 12:00 | Baxış sayı: 469
Rusiya Yəhudi İcmaları Federasiyası baş ravvin Berel Lazar Dağıstanda baş verən hücumu Mahaçqala hava limanında törədilən basqınla əlaqələndirib.
AJMEDİA.İNFO xəbər verir ki, ravvin Lazar deyib: “Bizim bütün cəmiyyətimiz Dağıstanda törədilən iyrənc cinayətdən - ikiqat terror aktından şoka düşüb. Cəmi altı ay əvvəl biz Mahaçqala hava limanında və Xasavyurtda terror aktlarının şahidi olduq: indi isə daha dəhşətli, çoxsaylı insan tələfatı ilə yeni bir hücum olub".
Berel Lazar deyib ki, onun xalqı beynəlxalq terrorizmin nə olduğunu yaxşı bilir. "Eyni misantropik ideologiyanın daşıyıcıları Yaxın Şərqdə, Avropada və Amerika qitəsindəki dindaşlarımı və soydaşlarımı dəfələrlə qətlə yetiriblər. Bəzən onlar millətçi, separatçı, hətta dini şüarlar arxasında gizlənirlər – lakin onların məqsədi həmişə eynidir: mümkün qədər çox günahsız insanı öldürmək, başqalarının qəlbinə qorxu və inamsızlıq səpmək”, - baş ravvin bildirib.