SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlRusiya XİN: Ukrayna sülh prosesi üçün NATO və Aİ-yə üzv olmaqdan imtina etməlidir
27 May 2023 03:17 | Baxış sayı: 623
Ukraynanın NATO və Avropa İttifaqına üzv olmaqdan imtina etməsi və bitərəf qeyri-blok statusuna qayıtması sülhə nail olmaq üçün şərtlərdən biridir.
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
“Biz əminik ki, həll yalnız Ukrayna Silahlı Qüvvələrinin hərbi əməliyyatları və Qərb silahlarının tədarükü dayandırılacağı təqdirdə mümkündür. Hərtərəfli, ədalətli və davamlı sülhə nail olmaq üçün Ukrayna bitərəf qeyri-blok statusuna qayıtmalıdır”.
Bundan əlavə, Qaluzin qeyd edib ki, yeni ərazi reallıqları da tanınmalıdır.