20 Aprel 2025
Rusiya Voronejdən 4 ballistik RAKET ATDI

Rusiya Voronejdən 4 ballistik RAKET ATDI

Rusiya Voronejdən 4 ballistik RAKET ATDI

11 Avqust 2024 13:20 | Baxış sayı: 316

Avqustun 11-nə keçən gecə Rusiya ordusu Voronej vilayətindən 4 "KN-23" ballistik raketi və Primorsko-Axtarsk, Yeysk və Kursk vilayətlərindən 57 “Şahed” pilotsuz uçuş aparatları ilə Ukraynaya hücum edib. 53 PUA Ukrayna səmasında vurulub.

UNIAN xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşçuk bildirib.

Onun sözlərinə görə, ruslar həmçinin Donetsk vilayətinin Pokrovsk şəhərini raket artilleriyasından atəşə tutublar.

N.Oleşçuk əlavə edib ki, bu raketlər nadir hallarda hədəflərinə çatsa da, əhali üçün ciddi təhlükə yaradır.