İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
6 saat əvvəlRusiya və Türkiyənin xarici kəşfiyyat idarələrinin rəhbərləri yaxın zamanda görüşə bilər
23 İyun 2023 15:07 | Baxış sayı: 530
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin yaxın zamanda Türkiyə xarici kəşfiyyat idarəsinin rəisi İbrahim Kalınla görüşə bilər.
Bu barədə S. Narışkin TASS-a müsahibəsində deyib.
O bildirib ki, son bir neçə ildə Rusiya və Türkiyə xarici kəşfiyyat idarələri arasında kifayət qədər fəal əlaqələr var: “İbrahim Kalın bu vəzifəyə təyin olunduğu gün onu təbrik etdim. İndiyə qədər heç bir görüş olmayıb, amma qarşılıqlı əlaqə davam edir. Bizim yaxşı etibarlı kanalımız, qarşılıqlı nümayəndələrimiz var”.
Qeyd edək ki, İ. Kalın bu il iyunun 5-də Türkiyə Xarici Kəşfiyyat İdarəsinin yeni rəisi təyin olunub. O, bu vaxtadək Prezident Rəcəb Tayyib Ərdoğanın sözçüsü vəzifəsini icra edirdi.