20 Aprel 2025
Rusiya Ukraynadakı müharibəyə quru qoşunlarının 90 fazini cəlb edib

Rusiya Ukraynadakı müharibəyə quru qoşunlarının 90 fazini cəlb edib

Rusiya Ukraynadakı müharibəyə quru qoşunlarının 90 fazini cəlb edib

03 İyul 2023 14:22 | Baxış sayı: 459

“Rusiya Ukraynadakı müharibəyə quru qoşunlarının demək olar ki, 90%-ni cəlb edib”.

Bunu NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer deyib.

Onun sözlərinə görə, Kreml səfərbərliklə itkiləri bərpa etməyə çalışır:

“Əhəmiyyətli itkilərə baxmayaraq, Rusiya hələ də aviasiya, donanma resurslarına, nüvə silahına malikdir”.

R.Bauer qeyd edib ki, Rusiya NATO ilə birbaşa həmsərhəd olan ərazilərdə diqqətli hərəkət edir:

“Onlar bizimlə toqquşmaq istəmirlər”.

Admiral söyləyib ki, son 24 saat ərzində Rusiyanın 34 hərbi texnikası sıradan çıxarılıb”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.