İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
13 dəqiqə əvvəlRusiya tərəfindən Ukraynada öldürülən uşaqların portretləri Rusiyanın Təl-Əvivdəki səfirliyinə gətirilib FOTOLAR
03 İyun 2023 06:01 | Baxış sayı: 558
İsraildə Rusiya səfirliyinin qarşısına qırmızı rəngə boyanmış uşaq oyuncaqları, eləcədə Rusiya bayrağı gətizdirilib.
AJMEDİA.İNFO xəbər verir ki, iyunun 1-də, Uşaqların Müdafiəsi Günündə rus təcavüzkarları yenidən Ukraynanın paytaxtına hücum ediblər. Kiyevin Desnyanski rayonunda ikisi uşaq olmaqla üç nəfər ölüb.
Bununla əlaqədar olaraq İsrail fəalları Rusiya Federasiyasının Təl-Əvivdəki səfirliyi * yaxınlığında aksiya keçiriblər.
“Uşaqların Müdafiəsi Günündə Rusiya Kiyevdə daha iki uşağı öldürdü. Bu gün Rusiyanın Təl-Əvivdəki səfirliyinin qarşısında belə bir abidə peyda olub: orada Rusiya tərəfindən öldürülən uşaqların portretləri, oyuncaqlar, şamlar var – hər şey qırmızıdır. Onlar öz əllərinin işini görə bilsinlər: pəncərələrdən aydın görünür”, – fəal Natalya Kinza Kotryarevskaya öz facebook səhifəsində qeyd edib.