İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
6 dəqiqə əvvəlRusiya sərhəddə yaşayan şəxslərə XƏBƏRDARLIQ ETDİ
22 Avqust 2024 08:11 | Baxış sayı: 355
Rusiya sərhəd bölgəsində yaşayan vətəndaşlarına şəxsi məlumatlarının oğurlanmasının qarşısını almaq üçün tanışlıq proqramlarından istifadə etməmələri barədə xəbərdarlıq edib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirlik Bryansk, Kursk və Belqorod vilayətlərinin sakinlərinə etibarsız kameralardan və tanışlıq proqramlarından istifadə etməməyi tövsiyə edib.
Qeyd edilir ki, söhbət qruplarından gələn bağlantılara diqqətlə yanaşılmalı və bununla “düşmənlərin kəşfiyyat məlumatlarını toplamasının qarşısının alınması”nın hədəfləndiyi vurğulanıb.
Məlumatda bildirilir ki, bu bölgələrdə yaşayan hərbçilər və polislər onlayn tanışlıq xidmətlərindən istifadə etməməli, təhlükəli mənbələrdə videolara baxmamalıdırlar.