SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlRusiya səfirliyi ABŞ-ın xüsusi tribunalla bağlı bəyanatlarını saxta adlandırıb
29 Mart 2023 04:54 | Baxış sayı: 594
Vaşinqton administrasiyasının rəsmilərinin Rusiya Federasiyasına qarşı xüsusi tribunalın yaradılmasını dəstəkləmək barədə bəyanatları təhqirdir və ədalətlə heç bir əlaqəsi yoxdur.
Bu barədə çərşənbə axşamı Rusiyanın Vaşinqtondakı səfirliyinin yaydığı məlumatda deyilir.
"Biz bir sıra administrasiya rəsmilərinin Rusiyaya qarşı xüsusi tribunalın yaradılmasını dəstəkləmək barədə mütəmadi bəyanatlarına diqqət yetirdik. Bu cür bəyanatlar ədalətlə heç bir əlaqəsi olmayan açıq böhtandır", - sənəddə vurğulanır.