20 Aprel 2025
Rusiya ordusu Ukraynanın Sumı vilayətini artilleriyadan atəşə tutub, ölənlər var

Rusiya ordusu Ukraynanın Sumı vilayətini artilleriyadan atəşə tutub, ölənlər var

Rusiya ordusu Ukraynanın Sumı vilayətini artilleriyadan atəşə tutub, ölənlər var

13 İyun 2023 22:45 | Baxış sayı: 539

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Sumı vilayətini atəşə tutması nəticəsində həmin vaxt avtomobillə hərəkət edən Dövlət Meşə Təsərrüfatı Agentliyinin əməkdaşları həlak olub.

Bu barədə Sumı Regional Hərbi Administrasiyasının teleqram səhifəsində bildirilib.

Məlumata görə, gün ərzində Ukrayna regionunda 101 partlayış qeydə alınıb. Xotin, Miropolskaya, Belopolskaya, Znob-Novqorodskaya, Seredino-Budskaya, Esmanskaya, Novoslobodskaya və Velikopisarevskaya icmaları atəşə tutulub.

"Belopolye şəhərindəki uşaq evinə - internat məktəbinə artilleriya zərbələri endirilib. Orada olan 135 uşağın həyatı üçün böyük təhlükə var idi. İnternat işçiləri və xilasedicilər uşaqları təxliyə ediblər", - Sumı hərbi vilayət administrasiyasının rəhbəri Vladimir Artyux məlumat verib.