SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlRusiya onları ölkədən göndərir - FƏRMAN
31 Dekabr 2024 13:14 | Baxış sayı: 355
Rusiyadakı qeyri-qanuni mühacirlər aprelin 30-dək (2025-ci il) ölkəni tərk etməli və ya hüquqi statuslarına düzəliş etməlidirlər.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin imzaladığı fərmanda qeyd olunub.
Rusiyada qeyri-qanuni mühacirlərin deportasiyası rejimi 2025-ci il fevralın 5-dən qüvvəyə minəcək. Bu, Rusiyada qalmaq üçün qanuni əsasları olmayan əcnəbilərə şamil ediləcək. Bu kateqoriyadan olan bütün vətəndaşlar ölkədən çıxarılana və ya hüquqi vəziyyəti tənzimlənənə qədər nəzarət edilən şəxslərin reyestrinə daxil ediləcək.