Yerusəlimdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - VİDEO
7 saat əvvəlRusiya MN: Ukrayna Kursk vilayətinə 11 tank və 300 hərbçi ilə hücum edib
06 Avqust 2024 16:40 | Baxış sayı: 335
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətindəki Nikolaevo-Daryino və Oleşnya yaxınlığındakı mövqelərinə 11 tankın dəstəyi ilə 300-dək hərbçi ilə hücum edib
Bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib. Dövlət sərhədini qoruyan qüvvələrin hücumları dəf etdiyi qeyd olunub.
“Bu gün Moskva vaxtı ilə səhər saat 08:00-dan etibarən düşmən Ukrayna Silahlı Qüvvələrinin 22-ci mexanikləşdirilmiş briqadasının 300-dək silahlı qüvvəsi ilə 11 tank və 20-dən çox zirehli döyüş maşınının dəstəyi ilə Kursk vilayətinin Nikolaevo-Daryino və Oleşnya yaşayış məntəqələrinin Rusiya-Ukrayna sərhədinə bilavasitə bitişik ərazilərinə hücuma keçib. Dövlət sərhədini qoruyan qoşunlar Rusiya FTX-nin sərhəd qoşunlarının bölmələri ilə birlikdə dövlət sərhədi və Sumı vilayətində ehtiyatlar zonasında düşmənə hücumları dəf edib və atəşə tutublar", - qurumdan bildirilib.