SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlRusiya MN: Almaniya döyüş təyyarəsi dövlət sərhədinə yaxınlaşıb
13 Aprel 2023 14:45 | Baxış sayı: 608
Almaniyanın "R-3C Orion" döyüş təyyarəsi Baltik dənizi üzərində Rusiyanın dövlət sərhədinə yaxınlaşıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi teleqram kanalında məlumat yayıb.
Məlumata görə, hava hədəfinin müəyyən edilməsi və dövlət sərhədinin pozulmasının qarşısının alınması məqsədilə Qərb Hərbi Dairəsinin hava hücumundan müdafiə qüvvələrinə məxsus "Su-27" qırıcısı havaya qaldırılıb.
"Heç bir pozuntu qeydə alınmayıb, alman təyyarəsi geri dönmək məcburiyyətində qalıb", - Rusiya MN qeyd edib.