20 Aprel 2025
Rusiya Kiyevdə gizlənən öz müxalifətçisini dronla vurdu

Rusiya Kiyevdə gizlənən öz müxalifətçisini dronla vurdu

Rusiya Kiyevdə gizlənən öz müxalifətçisini dronla vurdu

01 Avqust 2024 13:46 | Baxış sayı: 334

Rusiyanın Dövlət Dumasının keçmiş deputatı, müxalif siyasətçi İlya Ponomaryovun Kiyevdə yaşadığı mənzilə Rusiyaya məxsus pilotsuz kamikadze təyyarə vasitəsilə hücum edilib.

Bu barədə oboz.ua saytı məlumat yayıb.

Saytın məlumatına görə, “Şahed”” pilotsuz uçan aparatı (rusca adı “Geran-2”) giriş qapısından beş metr aralıda partlayıb və evə ciddi ziyan dəyib. Mənbələrin verdiyi informasiyaya əsasən, Ponomaryov çoxlu qəlpə yaraları alıb, lakin onun həyatı təhlükədə deyil.

Sayt İlya Ponomaryovun üzündə və sinəsində qan izləri olan fotosunu dərc edib. Hazırda Ponomaryov ciddi mühafizə altındadır.

İlya Ponomaryov X sosial şəbəkəsində yazdığı statusunda “beşinci hücum cəhdindən” sağ çıxdığını bildirib. “Bu gün mənim ikinci doğum günümdür. Beşinci hücum. Buradan sağ çıxmaq möcüzə idi. Cəhənnəm olsunlar! Təfərrüatları sonra yazacağam”, -deyə Ponomaryov bildirib.