20 Aprel 2025
Rusiya Azərbaycanın “Şimal-Cənub” dəhlizi layihəsinə qoşulacağına ümid edir

Rusiya Azərbaycanın “Şimal-Cənub” dəhlizi layihəsinə qoşulacağına ümid edir

Rusiya Azərbaycanın “Şimal-Cənub” dəhlizi layihəsinə qoşulacağına ümid edir

24 May 2023 01:30 | Baxış sayı: 418

“Rusiya Azərbaycanın tezliklə “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması ilə bağlı Rusiya-İran sazişlərinə qoşulacağına ümid edir”.

Bunu Rusiya Prezidenti Vladimir Putin İkinci Avrasiya İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı deyib.

O xatırladıb ki, mayın 17-də Rusiya ilə İran arasında Rəşt-Astara dəmir yolunun bir hissəsinin çəkilməsi haqqında saziş imzalanıb.

“Bu, Rusiyanın Baltik və Şimal dənizlərindəki limanlarını Fars körfəzi və Hind okeanı sahillərindəki İran limanları ilə birləşdirməyə imkan verəcək. Yeni xəttin inşasına elə bu il başlanılacaq”, - V.Putin bildirib.