20 Aprel 2025
Rus qırıcıları Türkiyə sərhədində: gərginlik yaşandı

Rus qırıcıları Türkiyə sərhədində: gərginlik yaşandı

Rus qırıcıları Türkiyə sərhədində: gərginlik yaşandı

08 Yanvar 2024 05:50 | Baxış sayı: 603

Rusiya qırıcıları bu gün Suriya və Türkiyə hava sərhədində təhlükəli manevrlər icra edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.

Qeyd olunur ki, Türkiyə tərəfinin xəbərdarlıqlarına rəğmən rus qırıcıları hava məkanından geri çəkilməyib.

Türkiyə komandanlığının əmri ilə İdlib istiqamətində iki F-16 təyyarəsi havaya qaldırılıb.

Məlumata görə, Suriyada dislokasiya edilən Rusiya hava hücumundan müdafiə qüvvələri Türkiyə qırıcılarına müdaxilə etməyib. Hava məkanı gərginliyindən sonra Moskva və Ankara arasında mövzu ilə bağlı təmaslar olub.