SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlRus ordusu bundan xəbərdar imiş - Putindən gizlədilib
08 Avqust 2024 18:15 | Baxış sayı: 442
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Ukrayna qoşunlarının Rusiya ərazisinə hücumundan sonra tənqidlərlə üzləşib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "Bloomberg" yazır. Kremlə yaxın bir şəxsin sözlərinə görə, Gerasimov və yüksək rütbəli məmurlar Ukrayna əsgərlərinin hücumu başlamazdan iki həftə əvvəl Rusiyanın Kursk vilayəti ilə sərhədin yaxınlığında toplaşdıqları barədə kəşfiyyat xəbərdarlığına məhəl qoymayıblar.
Eyni zamanda, bu barədə prezident Vladimir Putinə heç bir məlumat verməyiblər.
Məqalədə qeyd edilir ki, Gerasimovun qısa müddətdə vəzifəsindən uzaqlaşdırılması çətin olsa da, Kremldə onun hərbi əməliyyatlara rəhbərlik etməsi ilə bağlı səbr tükənir.