UEFA israilli azarkeşlərə hücumla bağlı bəyanat yaydı
13 saat əvvəlRöyanın BU SƏHNƏ GEYİMİ bir evin qiymətinə imiş - FOTO
07 Oktyabr 2024 12:50 | Baxış sayı: 196
Xalq artisti Röya Ayxan bahalı libası ilə gündəmə gəlib.
AJMEDİA.İNFO baku.ws-ə istinadən xəbər verir ki, sənətçi məkanlardan birində çıxış edərkən üzərində sərvət dəyərində geyim daşıyıb.
Belə ki, ifaçının "Elisabetta Franchi" markalı, qara rəngli uzun libası 502 avrodur (təxminən 941 AZN).
Röya Ayxan bu geyimini "Roberto Coin" brendinn olan zinət əşyaları ilə tamamlayıb. Onun sırğası 23 690 avro (təxminən 44 414 AZN), üzüyü 12 910 avro (təxminən 24 184 AZN), boyunbağısı isə 14 330 avro (təxminən 26 865AZN) dəyərində olub.