SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlRöya Ayxan lüks villasından FOTO PAYLAŞDI
21 Avqust 2023 06:57 | Baxış sayı: 634
Xalq artisti Röya Ayxan yeni fotoları ilə diqqət çəkib.
AJMEDİA.İNFO xəbər verir ki, Mərdəkandakı lüks villasında istirahət edən sənətçi hovuz kənarında başında qara şlyapa və əynində sarı rəngli çimərlik geyimində şəkillər çəkdirib.
Röya fit və ideal bədən quruluşu eyni zamanda günəşlənmiş dəri rəngi ilə göz oxşayıb.
Estrada ulduzu cazibədar fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, hər yay xarici ölkəyə tətilə gedən Röya Ayxan bu mövsüm istirahətini təxirə salıb. Buna səbəb müğənninin sentyabrın 1-2-3-də Konqres Mərkəzdə verəcəyi konsertlə əlaqədardır. Belə ki, Röya iyul ayından başlayaraq musiqili gecəsinin məşqlərinə başlayıb.(bizim.media)