SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlRonaldonun sevgilisinin bu rəqsi ərəblərin ağlını başından aldı - VİDEO
16 May 2023 11:17 | Baxış sayı: 474
Məşq sevgisi ilə dolu olan Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriges bu dəfə rəqsi ilə gündəmə gəlib.
AJMEDİA.İNFO qaynarinfo-ya istinbadən xəbər verir ki, Rodriges də Səudiyyə Ərəbistanında "Əl-Nəssr"in formasını geyinən həyat yoldaşı kimi fitnessə gedir, məşqlər edir. Argentina əsilli xanım Ronaldonun ərəb klubu ilə müqavilə bağlamasından sonra Səudiyyə Ərəbistanına köçüb. Məşqləri ilə gündəmə gələn portuqaliyalı ulduzun sevgilisi heç də ondan geri qalmır. Corcina fitnes proqramının bir hissəsi olaraq "twerk" rəqsi edib.
Rodriges həmin rəqsin görüntülərini "Instagram" hesabında paylaşıb. Səudiyyə Ərəbistanında açıq-saçıq geyimlərlə və belə hərəkətlərlə bağlı məhdudiyyətlərin olduğunu nəzərə alsaq Corcinanın bu addımının ölkədə necə qarşılandığı maraq doğurur.
Mətbuatda yayılan son xəbərlərə görə, Kriştiano ilə Corcinanın münasibətlərində müəyyən "çatlar" yaranıb. Lakin sosial şəbəkədə sevgilisi ilə dodaq-dodaq pozalarını paylaşan Ronaldo bu iddiaları təkzib edib.