SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlRonaldonun Mərakeşdəki oteli barədə BU MƏLUMAT yalan çıxdı - FOTO
12 Sentyabr 2023 13:45 | Baxış sayı: 504
Kriştiano Ronaldonun Mərakeşdə yerləşən "Pestana CR7 Marrakech" adlı 4 ulduzlu oteli zəlzələdən zərərçəkənlərin istifadəsinə verildiyi barədə xəbərlər dərc edilmişdi.
AJMEDİA.İNFO xəbər verir ki, “Marca” qəzeti zəlzələdən zərərçəkənlərin Ronaldonun otelinə yerləşdirildiyini yazmışdı. Lakin otelin nümayəndəsi iddiaları təkzib edib.
Otelin sözçüsü “Liberation”a deyib: "Bu, yanlış məlumatdır. Hazırda rezervasiya etdiyimiz bütün müştərilər normal olaraq otelimizdədirlər. Otelimiz hazırda zəlzələdən zərərçəkənlər üçün sığınacaq kimi istifadə edilmir".