20 Aprel 2025
“Ronaldonu İstanbulun gözəlliyindən başqa heç nə maraqlandırmaz” - Mourinyo

“Ronaldonu İstanbulun gözəlliyindən başqa heç nə maraqlandırmaz” - Mourinyo

“Ronaldonu İstanbulun gözəlliyindən başqa heç nə maraqlandırmaz” - Mourinyo

06 Dekabr 2024 14:37 | Baxış sayı: 684

“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun İstanbul klubuna keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.


AJMEDİA.İNFO xəbər verir ki, o bu haqda “Beşiktaş”a qarşı keçiriləcək derbi matçından öncəki mətbuat konfansında danışıb:


“Birinci səbəb odur ki, mənə hücumçu lazım deyil. Kriştianu həmişə Kriştianudur, amma ona ehtiyacım yoxdur. Çünki hücumçularımdan razıyam. Ronaldo Səudiyyə Ərəbistanında yaxşı pul qazanır və hədəfi 1000-ci qolu vurmaqdır. Kriştianunu İstanbulun gözəlliyindən başqa heç nə maraqlandırmaz”.


Qeyd edək ki, daha əvvəl mətbuatda Mourinyonun Ronaldoya şəxsən zəng edərək onu “Fənərbağça”ya dəvət etməsi ilə bağlı məlumatlar yayılmışdı.