20 Aprel 2025
Ronaldodan jurnalistə: "Yaxından çəkmə, qırışlarım görünür" - VİDEO

Ronaldodan jurnalistə: "Yaxından çəkmə, qırışlarım görünür" - VİDEO

Ronaldodan jurnalistə: "Yaxından çəkmə, qırışlarım görünür" - VİDEO

23 İyun 2023 15:30 | Baxış sayı: 537

Portuqaliya-İslandiya oyunundan sonra Kriştiano Ronaldo ilə kamera çəkən arasında yaşanan maraqlı dialoqun görüntüləri üzə çıxıb.

"Goal.com" xəbər verir ki, oyundan sonra Ronaldo müsahibə verməyə hazırlaşarkən kamera onu yaxından çəkməyə başlayıb. Bu zaman isə Ronaldo kamera çəkənə “Nə edirsən! Siz çox yaxından çəkirsiniz, mənim üzümdə qırışlarım çoxdur!” – deyə zarafat edib.

Bundan sonra kamera çəkən Ronaldonu uzaq plandan çəkməyə başlayıb.

Qeyd edək ki, Portuqaliyanın İslandiyaya 1:0 hesabı ilə qalib gəldiyi matçda Ronaldo 89-cu dəqiqədə fərqlənib. metbuat.az

Teqlər:
Ronaldo