SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
3 saat əvvəlRonaldo namaz qılmaq üçün rükətləri öyrənməyə BAŞLAYIB
04 Dekabr 2024 12:02 | Baxış sayı: 385
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda oynayan ulduz futbolçu Kriştiano Ronaldonun İslam dininə hörməti diqqət çəkib.
AJMEDİA.İNFO xarici mediaya istinadla xəbər verir ki, bu haqda onun keçmiş komanda yoldaşı Valid Abdullah bildirib. Onun sözlərinə görə, Ronaldo İslam dini ilə çox maraqlanır və namaz rükətlərini öyrənir.
Valid Abdullah həmçinin deyib ki, məşqlər zamanı azan səsini eşidən Ronaldo baş məşqçidən məşqi saxlamağı və müsəlman oyunçuların namaz qılmasını xahiş edir.
Qeyd edək ki, Abdullah 2017-ci ildən “Əl-Nəsr”də qapıçı kimi çıxış edib. O, keçən yay klubdan ayrılaraq, “Əl-Dirayyah” klubuna transfer olunub.