20 Aprel 2025
Ronaldo ilin ən çox qazanan idmançısı oldu - SİYAHI

Ronaldo ilin ən çox qazanan idmançısı oldu - SİYAHI

Ronaldo ilin ən çox qazanan idmançısı oldu - SİYAHI

13 Fevral 2025 15:34 | Baxış sayı: 677

2024-cü ildə dünyanın ən çox qazanan idmançıları məlum olub.

AJMEDİA.İNFO xarici KİV-ə istinadən xəbər verir ki, siyahıya Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduz futbolçusu Kriştianu Ronaldu başçılıq edir. 40 yaşlı hücumçu ötən il 260 milyon dollar qazanıb. İkinci sırada isə NBA təmsilçisi "Qolden Steyt Uorriors"un basketbolçusu Stiven Körri (153,8 milyon dollar) yer alır. İlk "üçlüyü" isə britaniyalı boksçu Tayson Fyuri (147 milyon dollar) tamamlayır.

2024-cü ildə ən çox qazanan idmançıları təqdim edirik:

1. Kriştianu Ronaldu (Portuqaliya, futbol) – 260 milyon dollar

2. Stiven Körri (ABŞ, basketbol) - 153,8 milyon dollar

3. Tayson Fyuri (Böyük Britaniya, boks) - 147 milyon dollar

4. Lionel Messi (Argentina, futbol) - 135 milyon dollar

5. Lebron Ceyms (ABŞ, basketbol) - 133,2 milyon dollar

6. Neymar (Braziliya, futbol) - 133 milyon dollar

7. Oleksandr Usik (Ukrayna, boks) – 122 milyon dollar

8. Kərim Benzema (Fransa, futbol) - 116 milyon dollar

9. Kilian Mbappe (Fransa, futbol) - 110 milyon dollar

10. Con Rahm (İspaniya, qolf) - 105,8 milyon dollar.