SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlRonaldo “Əl-Nəsr”in ortaq sahibi olacaq
15 Yanvar 2025 16:23 | Baxış sayı: 838
Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr” ilə müqaviləsini uzatdıqdan sonra klubun ortaq sahibi olacaq.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İspaniyanın tanınmış “Marca” nəşri məlumat yayıb.
39 yaşlı ulduz futbolçu “Əl-Nəsr” klubunun səhmlərinin 5 faizinə sahib olacaq.
Qeyd edək ki, Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı komandası ilə 200 milyon avro məbləğində yeni müqavilə bağlayacaq. Sözləşmə 2026-cı ilin iyun ayına qədər qüvvədə olacaq.