22 Aprel 2025
Roma Papasının Ronaldo ilə bağlı arzusu niyə reallaşmayıb?

Roma Papasının Ronaldo ilə bağlı arzusu niyə reallaşmayıb?

Roma Papasının Ronaldo ilə bağlı arzusu niyə reallaşmayıb?

22 Aprel 2025 16:24 | Baxış sayı: 218

Roma Papası Fransisk Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldonun övladlarını vəftiz etmək istəyib.


AJMEDİA.İNFO xəbər verir ki, bu barədə teleaparıcı Ruben Paçeko onun ölümü ilə bağlı xüsusi buraxılışda danışıb.


"O, zarafatla dedi ki, artıq bütün portuqaliyalıları qəbul edib və indi etməli olduğu yeganə şey Kriştiano Ronaldo ilə görüşməkdir. Mən ona dedim ki, Ronaldonu onun yanına gətirəcəyəm.


Doloresi (red - Ronaldonun anası) tanıyıram və ona zəng edib dedim: "Papa Fransisk Kriştianonu qəbul etmək istəyir, niyə bu hələ də baş verməyib?" Biz ilk olaraq Dolores və ailəsinin səfərini təşkil etdik. Onlarla birlikdə Ronaldonun səfərini təşkil etməyə çalışdım. O vaxt Krişitiano məşğul idi.


Papa Ronaldonun uşaqlarını vəftiz etmək istəyirdi. O zaman Corcina əkizlərə hamilə idi, uşaqlardan biri öldü və sonra nə baş verdiyini bilmirəm”.


2022-ci ilin aprelində Corcina əkiz uşaqları - bir oğlan və bir qız dünyaya gətirib. Oğlan, həkimlərin səyinə baxmayaraq, doğuşdan az sonra ölüb.(publika.az)