SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlRoma Papası homoseksualları MÜDAFİƏ ETDİ: “Gey olmaq cinayət deyil, hamımız...”
26 Yanvar 2023 09:50 | Baxış sayı: 468
Roma Papası Fransisk rezonans doğuracaq açıqlama verib.
AJMEDİA.İNFO bildirir ki, o, “The Associated Press”ə müsahibəsində LGBT əleyhinə qanunların ədalətsiz olduğunu deyib.
2013-cü ildə vəzifəyə gəldiyi gündən bəri katolik kilsəsinin homoseksuallıq, abort və din xadimlərinin nikahı kimi həssas olduğu mövzularda açıqlamalar verən Papa Fransiskin son ifadələri səs-küy yaradıb. Katolik dünyasının ruhani lideri homoseksuallığın cinayət olmadığını bildirib.
“Gey olmaq günahdır, amma cinayət deyil. Əvvəlcə günah və cinayəti ayırd etmək lazımdır. Bir-birinə kömək etməmək də günahdır. Biz hamımız Allahın övladlarıyıq. O, bizi kim olduğumuza, ləyaqətimiz üçün mübarizə aparmağa imkan verən gücümüzə görə sevir. Bəzi ölkələrdə qüvvədə olan LGBT əleyhinə qanunlar ədalətli deyil”.
Papa Fransisk həmçinin, Katolik kilsəsinin bu ədalətsizliyə son qoyma gücünə sahib olduğunu vurğulayıb. O, bu qanunları dəstəkləyən din xadimlərini də mərhəmətli olmağa çağırıb.(sfera.az)