20 Aprel 2025
Reznikov rusiyalıların yeni silaha reaksiyasından danışıb

Reznikov rusiyalıların yeni silaha reaksiyasından danışıb

Reznikov rusiyalıların yeni silaha reaksiyasından danışıb

06 May 2023 03:07 | Baxış sayı: 603

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov rusiyalıların Ukraynaya qarşı müharibədə “çox yaxşı öyrəndiklərini” bildirib.

Bu barədə o, jurnalist Dmitro Komarova müsahibəsində danışıb.

“Onlar (rusiyalılar – red.) çox yaxşı öyrənirlər... Biz yayda onları (“HIMARS”ları – red.) gətirəndə – bu artıq 80 km mənzil deməkdir – vəziyyət dəyişmişdi, çünki biz onların komanda məntəqələri, idarəetmə məntəqələrini yox etməyə başladıq. Lakin indi onlar bütün öz komanda məntəqələrini, bütün öz anbarlarını, bütün öz logistik məsələlərini 120 km-dən uzağa yerləşdiriblər ki, bizim üçün HIMARS-la əlçatan olmasın. Bu səbəbdən tərəfdaşlarımızı əmin edirik ki, mənzili heç olmasa 150 km olan növbəti silah tranşına ehtiyacımız var. Biz 300 də istəyirik, ancaq tərəfdaşlarımız tərəddüddə ikən – təəssüf ki, onlar hər dəfə bizə silah verəndə hələ də düşünməyə davam edirlər – bu, eskalasiyanın səviyyəsini artıra bilər”, - o qeyd edib.