20 Aprel 2025
Rəşad Dağlının oğlunun adından DƏLƏDUZLUQ

Rəşad Dağlının oğlunun adından DƏLƏDUZLUQ

Rəşad Dağlının oğlunun adından DƏLƏDUZLUQ

10 Yanvar 2023 09:41 | Baxış sayı: 518

Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlının oğlu Yusifin adından pul yığılıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu haqda meyxanaçının instaqram səhifəsində paylaşım edilib. Bildirilib ki, TikTok sosial şəbəkəsində "atama dəstək olun" adlı səhifə açılıb. Rəşad və oğlu Yusifin şəkli yerləşdirilərək, insanlardan pul istənilib.

"Bu insan Yusifin adından TikTok-da pul yığır. Səhifəni şikayət edək" deyə, paylaşımda yazılıb.

Hazırda Rəşad Dağlının instaqram səhifəsinin onun qardaşı işlədir.

Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

AMİA.AZ

Rəşad Dağlının oğlunun adından DƏLƏDUZLUQ