SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlRəqsanə saxlanılması barədə xəbərdən DANIŞDI: “Allah evini yıxsın!”
04 Aprel 2024 13:15 | Baxış sayı: 409
“Allah bu məlumatı yayanların evini yıxsın”.
AJMEDİA.İNFO xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında müğənni Rəqsanə İsmayılova Rusiyada saxlanılması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib.
Sənətçi hazırda evində olduğunu bildirib:
“Mənə heç nə olmayıb. Yalandan haqqımda məlumat yayıblar. Sağ-salamatam, evimdə oturmuşam. Kimsə narahat olmasın”.
Rəqsanə aprelin 10-da Bakıya gələcəyini vurğulayıb.
Qeyd edək ki, Rusiya “Telegram” kanalları müğənni Rəqsanə İsmayılovanın Moskvada saxlanılması ilə bağlı məlumat yayıb. Sənətçinin Moskvada qanunsuz miqrasiyanın təşkilinə görə cinayət işi üzrə saxlanıldığı qeyd edilib. Bildirilib ki, İsmayılova Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Rüşvət vermə” və “Sənəd saxtakarlığı” maddələri ilə ittiham olunur.