SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlRəqibinə "rus donuzu" deyən azərbaycanlı idmançıya SƏRT CƏZA
04 İyul 2024 13:34 | Baxış sayı: 438
Rusiya Boks Federasiyası azərbaycanlı MMA döyüşçüsü Cavid Rzayevin tədbirlərdə iştirakını ömürlük qadağan edib.
AJMEDİA.İNFO Rusiya mediasına istinadən xəbər verir ki, buna səbəb Rzayevin turnirdə rusiyalı idmançı Artur Kulinskini təhqir etməsi olub.
“Qeyd edək ki, döyüşçü Cavid Rzayev ömürlük Rusiya Boks Federasiyasının himayəsi altında keçirilən idman və digər tədbirlərdə iştirakdan uzaqlaşdırılıb”, – deyə federasiyadan bildirilib.
Onlar ekstremist fəaliyyətin və idmançılara qarşı ayrı-seçkiliyin qarşısının alınmasına yönəlmiş kompleks tədbirlər üzərində işi davam etdirdiklərini qeyd ediblər.
Xatırladaq ki, Rusiya vətəndaşı olan azərbaycanlı döyüşçü turnirdə Sergey Prixodkonu məğlub edib. Bundan sonra Rzayev digər MMA döyüşçüsü Artur Kulinski ilə mübahisə edib və onu “rus donuzu” adlandırıb. Aparıcı Rzayevi üzr istəməyə çağırıb. Az sonra o, Kulinskidən üzr istəyib. Sosial şəbəkələrdə yayılan reaksiyadan sonra R.Rzayev ictimaiyyət qarşısında yenidən üzr istəməmişdi.