SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəl"Real" - "Bavariya" oyununda hakimdən biabırçı səhv - FOTO
09 May 2024 11:07 | Baxış sayı: 477
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Real Madrid” - "Bavariya" oyunu dramatik anlara səhnə olub.
AJMEDİA.İNFO xəbər verir ki, 0-1 hesabı ilə geridə olan “Real” son dəqiqələrdə vurduğu iki qolla qalib gəlib. Lakin hesab 2-1 olarkən, son saniyələrdə “Bavariya” qol vurub. Yan hakim qol vurulmazdan əvvəl oyundan kənar vəziyyət qeydə alıb. Baş hakim isə hücumun yekunlaşmasını gözləmədən oyunu dayandırıb. Fit səsindən sonra vurulan qol qeydə alınmayıb. Lakin bəzi dairələr və “Bavariya” tərəfi hakimi sərt tənqid edib. Onlar iddia ediblər ki, epizod zamanı oyundan kənar vəziyyət olmayıb və hakim hücumun yekunlaşmasına şərait yaratmalı idi.
Qeyd edək ki, ilk oyun 2-2 hesabı ilə başa çatdığına görə, “Real” finala vəsiqə qazanıb.