20 Aprel 2025
Ramiz Zeynalovun qardaşı qızı YÜKSƏK VƏZİFƏYƏ TƏYİN EDİLDİ

Ramiz Zeynalovun qardaşı qızı YÜKSƏK VƏZİFƏYƏ TƏYİN EDİLDİ

Ramiz Zeynalovun qardaşı qızı YÜKSƏK VƏZİFƏYƏ TƏYİN EDİLDİ

17 Yanvar 2023 10:09 | Baxış sayı: 709

7 saylı Birləşmiş Şəhər Xəstəxanası nəzdində olan polikinikada yeni təyinat olub.

AJMEDİA.İNFO Manset.az-a istinadən xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, Məmmədova Günel Fikrət qızı adıçəkilən polikinikada Baş həkimin müavini təyin edilib. O, bu təyinata qədər 3 saylı Şəhər Klinik. Xəstəxanada çalışıb.

Qeyd edək ki, G.Məmmədova 3 saylı Şəhər Klinik. Xəstəxanasının baş həkimi Fikrət Zeynalovun qızı, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşı qızıdır.