SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlRamazan bayramında ardıcıl 5 gün İŞ OLMAYACAQ - TARİXLƏR
11 Mart 2024 06:21 | Baxış sayı: 399
Bu gündən müsəlman aləminin müqəddəs ayı sayılan Ramazan daxil olub.
AJMEDİA.İNFO xəbər verir ki, Ramazan bayramının 10-11 aprel tarixlərinə təsadüf edəcəyi gözlənilir.
Bu məqsədlə də Baş nazir Əli Əsədovun Qərarına əsasən, Ramazan bayramında ardıcıl 5 qeyri-iş günü olacaq.
Belə ki, Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə aprelin 12-si həftənin cümə gününə təsadüf etdiyindən aprelin 6-sı şənbə günü ilə yerləri dəyişdirilib.
Bu da o deməkdir ki, ardıcıl 5 gün - aprelin 10,11,12,13 və 14-ü iş olmayacaq. Aprelin 6-sı isə rəsmi iş günü elan edilib.