20 Aprel 2025
Raket qalıqları şəhər ərazisinə düşdü

Raket qalıqları şəhər ərazisinə düşdü

Raket qalıqları şəhər ərazisinə düşdü

15 May 2023 23:03 | Baxış sayı: 515

Bu gecə Ukraynanın paytaxtı Kiyevin atəşə tutulması nəticəsində şəhərin bir sıra rayonlarına raket qalıqları düşüb.

Bu barədə paytaxtın meri Vitali Kliçko teleqramda bildirib.

Onun sözlərinə görə, raketin qalıqları Şevçenko rayonundakı zooparkın ərazisinə düşüb.

“Hava hücumu davam edir, sığınacaqlarda qalın!”, - o yazıb. Eyni zamanda, o əlavə edib ki, hadisədə üç nəfər yaralanıb.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko paytaxtın Obolonski və Darnitski rayonlarında qalıqların düşməsi barədə məlumat verib.

“Ölənlər və dağıntılar barədə məlumat yoxdur. Məlumatlar dəqiqləşdirilir. Hava hücumu xəbərdarlığı bitənə qədər sığınacaqlarda olun!”, - Popko bildirib.