Yerusəlimdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - VİDEO
8 saat əvvəlQuterreşin köməkçisi: Azərbaycanın COP-a sədrliyi yaxşı nəticələr vəd edir
29 İyul 2024 14:40 | Baxış sayı: 301
“Azərbaycanın COP-da sədrliyi bizim üçün yaxşı nəticələr vəd edir”.
APA-nın xəbərinə görə, bu barədə BMT-nin baş katibinin köməkçisi, təşkilatın siyasət üzrə iş və proqram dəstəyi Bürosunun direktoru Markos Neto bildirib.
Qurumun İnkişaf Proqramının (UNDP) “X” hesabındakı paylaşımında bildirilir ki, M. Neto BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi üçün yeni hədəflərin müəyyənləşdirilməli olduğunu açıqlayıb.
Onun sözlərinə görə, bu məqsədlə yaşıl enerjiyə keçid edilməsi üçün trilyonlarla dollar vəsait lazımdır:
“Bununla bağlı hədəflərimizə nail olmaq üçün noyabrda Bakıda keçiriləcək COP29 sammitində əsaslı maliyyələşmə sistemi razılaşdırılmalıdır. BMT-nin İnkişaf Proqramı bu yolda Azərbaycan hökumətini dəstəkləmək niyyətindədir. Bütövlükdə beynəlxalq ictimaiyyət nəzərdə tutulan hədəflərə çatmaq üçün bizə yardım etməlidir. Bu, son dərəcə vacib məqamdır. Hesab edirəm ki, Azərbaycanın COP-a sədrliyi bizim üçün yaxşı nəticələr vəd edir”.