İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlQusarda toyda zəhərlənmə - AQTA hərəkətə keçdi
29 İyul 2024 13:00 | Baxış sayı: 339
Qusar rayonunun Aşağı Ləgər kəndində 5 nəfər qidadan zəhərlənib.
APA xəbər verir ki, hadisə toyda baş verib.
2019-cu il təvəllüdlü Z.Səfərova, 2007-ci il təvəllüdlü S.Səfərova, 1966-cı il təvəllüdlü E.Primov, 2014-cü il təvəllüdlü Ə.Aydazadə və 2011-ci il təvəllüdlü İ. Eyyubov toyda yedikləri qidadan sonra özlərini pis hiss edib, Qusar rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Qida zəhərlənməsi diaqnozu qoyulan şəxslər tibbi yardımdan sonra evə buraxılıb.
Hazırda fakt araşdırılır.