20 Aprel 2025
Qusarda 23 yaşlı oğlan güllələnib, şübhəli bilinən 83 yaşlı atası saxlanılıb

Qusarda 23 yaşlı oğlan güllələnib, şübhəli bilinən 83 yaşlı atası saxlanılıb

Qusarda 23 yaşlı oğlan güllələnib, şübhəli bilinən 83 yaşlı atası saxlanılıb

30 İyul 2024 09:38 | Baxış sayı: 365

Qusar rayonu ərazisində iyulun 30-da səhər saatlarında rayon sakini 23 yaşlı İ.Duraxanovun ov silahından açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən atası 83 yaşlı Duraxanov Sərkər Duraxan oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər:
Qusar