20 Aprel 2025
Qurbanov: Mənə AFFA İcraiyyə Komitəsi ilə bağlı suallar verməyin

Qurbanov: Mənə AFFA İcraiyyə Komitəsi ilə bağlı suallar verməyin

Qurbanov: Mənə AFFA İcraiyyə Komitəsi ilə bağlı suallar verməyin

07 Aprel 2025 10:36 | Baxış sayı: 553

"Mənə İcraiyyə Komitəsi ilə bağlı suallar verməyin".

AJMEDİA.İNFO xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Zirə"ni 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXIX tur matçından sonra mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis bir ilə nə isə etməyin asan olmadığını bildirib: "Sadəcə ümümi gedişat necə olur, gələcəyə necə baxılır, orada olan müzakirələri nəzərə alsaq, gələcək üçün xeyli işlər nəzərdə tutulub. Bir neçə ildən sonra bəhrəsini verəcək".

Qurban Qurbanov AFFA İcraiyyə Komitəsi barədə danışmaq istəmədiyini deyib: "Mənə İcraiyyə Komitəsi ilə bağlı suallar verməyin. Orada nə müzakirə olunursa, mediaya ətraflı məlumat verilir. Lazım olanda orada fikir bildirirəm. Belə açıqlama veriləsi sual deyil. Üzrlü hesab edin. Bəzən elə fikirlər görürsən ki, qarışıqlıq yaradır".