HƏMAS İsrailin Təl-Əviv şəhərinə raket ATDI
6 saat əvvəlQurban Yetirmişlidən SON DƏQİQƏ AÇIQLAMASI: “Güclü zəlzələ..." - VİDEO
07 Dekabr 2023 06:24 | Baxış sayı: 396
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli zəlzələdən sonra afterşokların olacağını bildirib.
AJMEDİA.İNFO-nun məlumatına görə, “Report”a açıqlamasında Q.Yetirmişli qeyd edib ki, ola bilsin bu afterşoklar hiss olunmasın.
Onun sözlərinə görə, bugünkü zəlzələ iyul ayında Xəzər dənizində baş verən ocaqda qeydə alınıb: “Zəlzələ həmin yerdədi, həmin qırılma boyudur. Həmin zaman da 6-7 afterşok olmuşdu. Heç biri də hiss olunmamışdı. Güclü zəlzələ gözlənilmir, əhali narahat olmasın”.
Qeyd edək ki, dekabrın 7-də yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.
Zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.
***
Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, hazırda zəif afterşoklar gedir.