20 Aprel 2025
Qurban Qurbanov qol vurdu, matç 5:5 bitdi - FOTOLAR

Qurban Qurbanov qol vurdu, matç 5:5 bitdi - FOTOLAR

Qurban Qurbanov qol vurdu, matç 5:5 bitdi - FOTOLAR

11 Noyabr 2024 17:41 | Baxış sayı: 229

“Turan” və “Kəpəz”in veteran futbolçuları arasında yoldaşlıq oyunu keçirilib.


AJMEDİA.İNFO xəbər verir ki, Tovuz şəhər stadionunda reallaşan matç məhsuldar heç-heçə ilə yekunlaşıb - 5:5.


Yoldaşlıq görüşü “Turan”ın çempionluğunun və Azərbaycanı ilk dəfə qitəmiqyaslı yarışda təmsil etməsinin 30 illiyi ilə əlaqədar baş tutub.


Qeyd edək ki, “Turan”ın heyətində Etimad Qurbanov, Musa Qurbanov (2), Nizami Ocaqverdiyev və Qurban Qurbanov fərqləniblər.