SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlQuranı yandıran isveçli siyasətçi: “Qorxuram, təhdid mesajları gəlir…”
24 Yanvar 2023 10:07 | Baxış sayı: 592
"Bunu siyasi səbəblərdən etdim. Bu qədər insanın məni öldürmək istədiyini görəndə kədərləndim".
AJMEDİA.İNFO teleqraf.com-a istinadən bildirir ki, bu sözləri Türkiyənin İsveçdəki səfirliyi yaxınlığında Qurani-Kərimi yandıran İsveç və Danimarka vətəndaşı Rasmus Paludan deyib.
"Müqəddəs mətni yandırdıqdan sonra dedim: yaxşı, belədir. Amma düşündüyüm kimi olmadı. Bu qədər insanın məni öldürmək istədiyini görəndə kədərləndim", - siyasətçi qeyd edib.
Əvvəllər də oxşar hərəkətlər edən Paludan əlavə edib ki, keçmişlə müqayisədə indi daha çox təhdidlər var: "Hazırda yaşadıqlarım əvvəlkilərə bənzəmir. Daha ciddi təhlükələr gəlir. Sosial şəbəkələrdə dəqiqədə 20 mesaj alıram və onlardan 5-i təhdiddir. Bəli, qorxuram, çünki kiminsə məni öldürəcəyini deyiblər. Bu hərəkətlə İsveçin NATO-ya üzvlüyü arasında heç bir əlaqə yoxdur".