20 Aprel 2025
""Quran"ı öyrənmək üçün qadın molla tapıb, sonra isə onu..." - Aygün Bəylərlə bağlı SİRRİ AÇDI

""Quran"ı öyrənmək üçün qadın molla tapıb, sonra isə onu..." - Aygün Bəylərlə bağlı SİRRİ AÇDI

""Quran"ı öyrənmək üçün qadın molla tapıb, sonra isə onu..." - Aygün Bəylərlə bağlı SİRRİ AÇDI

17 Yanvar 2024 14:11 | Baxış sayı: 644

"O, ömrünün son 6 ilini prodüseri Ramin bəylə işləyib. Onun bütün işlərini Ramin görüb. O, bir sirr açdı, Maştağada Aygün Bəylər üçün bir otaq ayırıblar. Bu barədə heç kim bilmirdi. Aygün orada öz musiqi alətlərini saxlayıb".

AJMEDİA.İNFO bildirir ki, bu sözləri "Elgizlə izlə" verilişində aktyor Qorxmaz Əlili deyib.

Q.Əlili bildirib ki, Aygün Bəylər “Mehribaniyyə” oratoriyasını o otaqda yazıb:

"Amma görüb ki, sonu alınmır, bir insandan xahiş edib ki, "Quran"ı öyrənmək üçün qadın molla tapsın. Fikirləşib ki, Allah vergi veribsə, nəsə çatmır, Allahın yanında günahkardır və bu oratoriyanı bitirə bilmir, zaman da getmir. Molla ona 3-4 aya "Quran"ı öyrədib. Ərəb dilini öyrənəndən sonra həmin otağa qayıdıb və “Mehribaniyyə”ni yazıb".

Aktyor bildirib ki, Aygün Bəylər xəstəxanada prodüseri Raminin qucağında vəfat edib.

(Bizim.media)