SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlQrenlandiyadan Trampa cavab: "ABŞ adanı ala bilməyəcək"
31 Mart 2025 13:54 | Baxış sayı: 322
Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen ABŞ Prezidenti Donald Trampın adanı ilhaq etmək niyyətini şərh edib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Tramp deyib ki, ABŞ Qrenlandiyanı alacaq. İcazə verin, açıqlayım: ABŞ onu ala bilməyəcək. Biz başqalarına aid deyilik. Biz öz gələcəyimizi özümüz həll edirik. Dünən belə idi. Bu gün də belədir. Və belə də olacaq", - siyasətçi bildirib.
Nilsen vurğulayıb ki, Qrenlandiya xalqı ABŞ prezidentinin bu cür bəyanatlarından qorxmamalıdır.