SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəl“Qonşudan xahiş etdim ki, evində xadimə olum” - Xoşqədəm Hidayətqızıdan ŞOK AÇIQLAMA
14 Avqust 2024 11:47 | Baxış sayı: 456
Xoşqədəm Hidayətqızı aparıcısı olduğu proqramda maraqlı açıqlama verib.
AJMEDİA.İNFO xəbər verir ki, o, bir zamanlar çox kasıb olduğu üçün qonşudan qəribə xahiş etdiyini bildirib.
“90-cı illərdə işləmirdim və oğlum bronxial astmadan əziyyət çəkirdi. Bir dərman var idi, çox baha qiymətə satılırdı. Az qalmışdım ki, o dərmanı almaq üçün süpürgəçilik edim. Qonşunun qapısını döyüb, rica etdim ki, evində xadimə olum. Dedim ki, ona verdiyin pulu mənə ver, uşağımın dərmanını almalıyam. O qadın təhsilli biri olduğumu da bilirdi. Dedi ki, gəl, evimdə qal, kirayə pulu almayacağam. Mən iki il o xanımın evində kirayədə qaldım. Allah ona rəhmət eləsin”, - aparıcı bildirib.(lent.az)